00:00 - 2 Fevral 2017

Bu gün tanınmış ssenarist əməkdar mədəniyyət işçisi Yusif Şeyxovun doğum günüdür.

 

Yusif Şeyxov 1951-ci il fevralın 2-də Bakıda anadan olub.Burada 23 saylı orta məktəbi bitirib. İki il (1969-1970) Neft-Kimya İnstitutunda, 1970-1975-ci illərdə İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb. Sonradan "Azərbaycanfilm" kinostudiyasında, 1979-1985-ci illərdə Dövlət Kinematoqrafiya Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Kinoya bağlılıq uşaqlıq yaşlarından – "Sehrli xalat" filmində baş rollardan birinə çəkildikdən sonra yaranıb.

Hazırda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində sektor müdiri vəzifəsində çalışır.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyəti Yusif Şeyxovu doğum günü münasibətiylə təbrik edir, ona yaradıcıllıq uğurları arzulayır.