Ana səhifə  |   Az  |   Ru  |   En

Tanınmış kino xadimi Rima Abdullayeva vəfat edib

Tanınmış kino xadimi veteran kinematoqrafçı Rima Abdullayeva vəfat edib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, İttifaqın üzvü, “Azərbaycanfilm” kinostudiyyasının işçisi, veteran kinematoqrafçı, əməkdar mədəniyyət işçisi Rima Abdullayeva vəfat edib. Bütün ömrünü kino sahəsinə, kinonun inkişafına həsr edən Rima Abdullayeva kino təçkilatçısı olmaqla yanaşı, “Azərbaycanfilm” kinostudiyyasında müxtəlif filmlərin direktoru vəzifəsində də çalışmışdır.Qocaman kino təşkilatçısının vəfatı kino xadimləri tərəfindən dərin kədərlə qarşılanıb.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyəti də ittifaqın üzvü olan Rima Abdullayevanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə başsalığı verir, səbr arzulayır.

 

Allah rəhmət eləsin !!!

 

 

25.01.2017

Digər xəbərlər