00:00 - 10 Dekabr 2016

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı "Yeni Nəfəs-2” ssenari müsabiqəsinin iştirakçıları üçün "Müasir ssenari yaradıcılığının əsasları” mövzusunda sonuncu seminarı keçirilib.

 

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, seminarları aparmaq üçün Azərbaycanın tanınmış kino xadimləri, xalq artistləri Ramiz Fətəliyev, Oqtay Mirqasım,Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə və Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov dəvət olunublar.

 

Bu gün də  İttifaqın akt zalında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafıya şöbəsinin sektor müdiri, əməkdar mədəniyyət işçisi Yusif Şeyxov ssenari müsabiqəsinin iştirakçıları üçün sonuncu seminarı keçib. Yusif Şeyxov "Müasir ssenari yaradıcılığının əsasları” mövzusunda keçirilən bu seminarların Yeni Nəfəs-2” ssenari müsabiqəsinin iştirakçıları üçün gələcək həyatında mühüm əhəmiyyət daşıyacağını vurğulayıb.Daha sonra müsabiqə iştiralçılarıöz ideyalarından danışıb.Seminar qarşılıqlı suallar əsasında eyni zamanda müsabiqə iştiralçılarının bu mövzu ilə bağlı verdiyi təkliflərin əsasında davam edib.