00:00 - 8 Dekabr 2016

Əziz dostlar, dəyərli media mənsubları!


Sizi, 14 dekabr, saat 17:00-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə Dövlət Film Fondunda keçiriləcək Xalq Rəssamı Elbəy Rzaquliyevin 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsinə dəvət edirik.

 

Tədbir E.Rzaquliyevin kino fəaliyyətinə həsr olunub. Gecədə "Yaddaş" sənədli filmlər studiyasının istehsalı olan rejissor Mubariz Nagiyevin görkəmli sənətkara hər edilmiş "Arzularını çəkən rəssam" sənədli filmi nümayiş olunacaq, həyat və yaradıcılığına həsr edilmiş fotosərgi təqdim ediləcək.