00:00 - 6 Dekabr 2016

Azərbaycanın görkəmli balet ustaları Rəfiqə Axundova və Maqsud Məmədova həsr olunmuş sənədli filmin təqdimat  mərasimi keçiriləcək.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, Azərbaycanın görkəmli balet ustaları xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədova həsr olunmuş, “Dublyaj” studiyyasında istehsal olunmuş, “Balet Ömrüm Mənim” sənədli filminin təqdimat mərasimi keçiriləcək.

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bır sıra qonaqlar rəsmilər, eyni zamanda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyəti və üzvləri iştirak edəcək.

 

Tədbir 8 Dekabr 2016-cı il saat 19:00 da Nizami Kino Mərkəzində keçiriləcək.