00:00 - 26 Noyabr 2016

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı "Yeni Nəfəs-2” ssenari müsabiqəsinin iştirakçıları üçün "Müasir ssenari yaradıcılığının əsasları” mövzusunda seminarların keçirilməsinə başlayıb.

 

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, seminarları aparmaq üçün Azərbaycanın tanınmış kino xadimləri, xalq artistləri Ramiz Fətəliyev, Oqtay Mirqasım,Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə və Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov dəvət olunublar.

 

Bu gün İttifaqın akt zalında xalq artisti Oqtay Mirqasım ssenari müsabiqəsinin iştirakçıları üçün seminar keçib.O "Müasir ssenari yaradıcılığının əsasları” mövzusunda müsabiqə iştirakçılarına seminar keçməklə yanaşı, onlarla maraqlı söhbətlər də aparıb.