00:00 - 31 Oktyabr 2016

Rasim İsmayılovun 80 illik yübileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

 

 

Tanınmış kinorejissor, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Rasim İsmayılovun 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsində bir çox tanınmış şəxslər, rəsmilər, mərhum sənətkarın ailə üzvləri iştirak ediblər

 

Tədbirdə çıxış edən əməkdar incəsənət xadimi Cəmil Quliyev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri xalq artisti Şəfiqə Məmmədova, əməkdar incəsənət xadimi Rafiq Quliyev, Kənan Məmmədov, əməkdar artist Elxan Qasımov böyük sənətkarın sənət yolundan danışaraq onun çəkdiyi filmlərə diqqət yetirilməsinin vacib olduğunu, onun Azərbaycan kinosunda mədəniyyətində xüsusi yerinin olduğunu, yaradıcı işindən bu gün də istifadə olunmasının vacib olduğunu bildiriblər.

 

 

Daha sonra əməkdar incəsənət xadimi bəstəkar Ruhəngiz Qasımova da çıxış edib.Rasim İsmayılovun qardaşı xalq rəssamı Rafiz İsmayılov da çıxış edərək qardaşının gördüyü işlərdən danışaraq onunla fəxr etdiyini bildirib.

 

Tədbirin sonunda çıxış edən Rasim İsmayılovun həyat yoldaşı əməkdar jurnalist Nadejda İsmayılova xatirə gecəsinin keçirilməsinə görə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Film Fondu Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına təşəkkür edərək minnətdarlığını bildirib.