00:00 - 29 Sentyabr 2016

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, İttifaqın gənc və istedadlı ssenaristləri aşkara çıxarmaq məqsədilə elan etdiyi “Yeni nəfəs-II” qısametrajlı ssenari müsabiqəsi davam edir. 
 
İttifaqdan verilən məlumata görə, “Yeni nəfəs-II” qısametrajlı ssenari müsabiqəsinin vaxtı sentyabr ayının 31-ə qədər uzadılıb.Yaşı 35-dək olan gənclər 20 səhifədən çox olmamaq şərti ilə istənilən janrda - bədii, sənədli və animasiya ssenarilərini tərcümeyi-hal ilə birgə, üç nüsxədə çap variantında 31 sentyabr 2016-cı il tarixinədək müsabiqəyə təqdim edə bilər.
 
Qaydaya əsasən Qran Pri 3000 manat, 
 
birinci yer 2000 manat, 
ikinci yer 1500 manat, 
üçüncü yer 1000 manat məbləğində mükafatlandırılacaq. Qran Pri ssenarinin ekranlaşdırılması nəzərdə tutulub. 
 
Qeyd edək ki, müsabiqənin bitməsinə bir neçə gün vaxt qalıb. Müsabiqənin nəticələri oktyabr ayında açıqlanacaq.